2017-ci ilin 26-27 oktyabr tarixində Azərbaycan Milli Konservatoriyasında (AMK), Azərbaycan Respublikası Təhsil Nazirliyi və AMK-nın birgə təşkilatçılığı ilə “Qloballaşan dünyada musiqi ənənələri” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcəkdir. Konfransın açılışı 26 oktyabr saat 10:00-da keçiriləcək.

 

Konfransda Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Özbəkistan və Qazaxıstandan olan etno-musiqişünasların, musiqin tədrisi üzrə mütəxəsislərin, professorların, həmçinin bir sıra beynəlxalq ekspertlərin iştirakı və məruzə ilə çıxışı nəzərdə tutulur.

 

Konfrans çərçivəsində aşağıdakı mövzu istiqamətləri üzrə müzakirələr aparılacaqdır.

 

  • Musiqi ənənələrində qoruyucu mexanizmlər və funksional sistemlər
  • Musiqi ənənəsi mədəni mənsubiyyətin nişanı və rəmzi kimi
  • Etnomuisiqişünaslıqda müasir tədqiqat yanaşmaları
  • Milli musiqi ənənələri və müasir bəstəkar yaradıcılığının qarşılıqlı əlaqələri
  • Eklektik (hibrid, simbiotik) musiqi janr və üslublarında yenilənmə potensialı və multikultural mahiyyəti

Konfransın keçiriləcəyi hər iki gündə yerli və xarici musiqiçilərin konsert proqramı ilə çıxışı nəzərdə tutulur.