Beynəlxalq Muğam Mərkəzində xalq artisti, muğam ifaçısı Nəzakət Teymurovanın rəhbərliyi ilə tələbələrinin konserti keçirilib.Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan konsertdə muğam ifaçıları, mədəniyyət xadimləri və muğamsevərlər iştirak edib.
Çıxış edən Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi bu konsertin bir növ hesabat xarakterli olduğunu söyləyib. Onun sözlərinə görə, Konservatoriyanın istər müəllim, istərsə də tələbələri Azərbaycan muğamlarını uğurla ifa edir və xarici ölkələrdə layiqincə təmsil edirlər.
Konsertdə Vüsalə Musayeva, Gülnar İsayeva, Gültəkin Məmmədova, Zeyqəm Əhmədov, Əhəd Yaqub, Nuranə Şıxəliyeva, Elmir Əsgərov, Ruhanə Aslanlı, Kəmalə Nəsibova, Maqsud Cəmilov, Zəranə Yusifova və Ülvi Yunisli Nəzakət Teymurova ilə eyni səhnəni paylaşıb. Onlar o qədər də çox oxunmayan muğamları, təsnifləri səsləndiriblər.
İfaçıları səhnədə əməkdar artist Əliağa Sədiyevin rəhbərliyi ilə “Xarı bülbül” ansamblı müşayiət edib.