Milli musiqi alətlərimizin təkmilləşdirilməsi və yeni növlərinin yaradılması” mövzusunda elmi-praktik seminar keçirildi. Azərbaycan Milli Konservatriyası, Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyi və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin birgə həyata keçirdiyi elmi-praktik seminar Musiqi Mədəniyyəti Muzeyində baş tutdu. Tədbirdə AMK-nın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyanın rəhbəri Məmmədəli Məmmədovun təkmilləşdirdiyi və yeni növləri yaratdığı musiqi alətlərimiz təqdim olundu. Bir sıra musiqiçi-mütəxəssislər tərəfindən həyata keçirilən təşəbbüslə bağlı qiymətli fikirlər səsləndi. Bu sırada AMK-nın rektoru, xalq artisti, professor Siyavuş Kərimi, AMK-nın elmi işlər üzrə prorektoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Lalə Hüseynova, AMK-nın professoru Abbasqulu Nəcəfzadə, AMK-nın dosenti Mübariz Əliyev və digər musiqi xadimləri təkmilləşdirilən və yeni yaradılan musiqi alətləri haqqında fikirlərini bölüşdülər. Tədbir təkmilləşdirilən və yeni yaradılan musiqi alətlərində Munis Şərifov, Şirzad Fətəliyev, Şəhriyar İmanov, Mərkəz Əliyev, Sahib Ağazadə, Fəzilə Rəhimovanın ifası ilə davam etdi.