15 oktyabr 2015-ci il tarixində Azərbaycan Milli Konservatoriyası ilə TÜRKSOY təşkilatının birgə əməkdaşlığı nəticəsində Milli Konservatoriyanın müəllimi İmanov Şəhriyar Koreya Respublikasının Daequ şəhərində keçirilən beynəlxalq elmi konfransda iştirak etmək üçün Koreya Respublikasına ezam olunmuşdu. Konfrans Koreya Respublikasının Daequ şəhəri və Türkiyə Cumhuriyyətinin İzmir şəhəri daxil olmaqla silsilə tədbirlərlə 21 oktyabr 2015-ci il tarixinə kimi davam etmişdir. Həmin tədbirdən olan fotoları Sizlərə təqdim edirik.