29 may 2013-cü ildə Azərbaycan Milli Konservatoriyasının müəllim heyəti Luksemburqda kamera orkestri ilə birgə konsert proqramı ilə çıxış etdilər.
Konsertdə Azərbaycanın xalq artisti, Milli Konservatoriyanın müəllimi, professor, şöhrət ordenli Mənsum İbrahimov, əməkdar artistlər – Elçin Həşimov, Elnur Əhmədov və maestro – Yalçın Adıgözəlov çıxış etmişlər. Konsertdə Muğamlarımız, xalq mahnılarımız və Azərbaycanın “Sarı Gəlini” səslənib.