Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq müsabiqələr laureatı, beynəlxalq Akkordeonistlər Konfederasiyasının Dünya Kubokunun qalibi, virtuoz akkordeon ifaçısı Martynas Levickisin konserti keçirildi. İfaçı müxtəlif bəstəkarların əsərlərinə müraciət edərək maraqlı proqramla çıxış etdi. Belə ki, Martynas Levickisin ifasında səslənən A.Vivaldi, N.Paqanini, A.Piozolla, C.Rossini, Motsart və s. bəstəkarların əsərləri böyük maraqla qarşılandı.