Aprelin 24-də Azərbaycan Milli Konservatoriyasınnın (AMK) Qarabağ zalında “Musiqişünaslığın aktual problemləri” Magistr tələbələrin IV Respublika Elmi Konfransı keçirilib.

 

Konfransı giriş sözü ilə açan AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova, ilk öncə iştirakçıları salamlayıb. Professor, tələbələrin sərbəst elmi yaradıcılığa cəlb edilməsi, yüksəkixtisaslı mütəxəssis hazırlığının keyfiyyətinin yüksəldilməsi və magistr dissertasiyasının müdafiəsi öncəsi işlərə baxılması məqsədi ilə təşkil olunan Magistr tələbələrin IV Respublika Elmi Konfransının əhəmiyyətindən danışıb, onun istiqamətləri barədə məlumat verib.

 

Sonra tələbələr elmi-tədqiqat işlərini (məruzə) təqdim ediblər. Hər məruzə sonunda, mövzu ətrafında müzakirələr aparılıb, müəlliflər, onlara ünvanlanan sualları cavablandırıblar. Konfransda Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və AMK-nın magistr tələbələri məruzə ilə çıxış ediblər.

 

Konfransa təşkilat komitəsi tərəfindən təsdiq edilmiş konservatoriyanın professor və mütəxəssislərdən ibarət ekspert qrupu rəhbərlik edib.

 

Qeyd edək ki, konfransın təşkilat komitəsinin sədri professor Lalə Hüseynova, redaktoru isə AMK-nın Tələbə elmi cəmiyyətinin sədri Aynurə Abuşovadır.