IV Beynəlxalq Muğam Müsabiqəsinin qaliblərinin H.Əliyev Sarayında təltifetmə mərasimi baş tutdu. Qaliblərə Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayev, Milli Konservatoriyanın Rektoru, Professor Siyavuş Kərimi və Bəstəkarlar İttifaqının Sədri Firəngiz Əlizadə diplom və pul mükafatlarını təqdim etdilər.