“İstedadlı gənclərin estrada-vokal müsabiqəsi” öz işinə başlayıb.

 

Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə, Tələbə Gənclər Təşkilatları İttifaqı və Milli Konservatoriyanın təşkilatı dəstəyi ilə  “İstedadlı gənclərin estrada-vokal müsabiqəsi”nə start verilib.

 

Müsabiqənin keçirilməsində məqsəd, ali (orta) musiqi təhsili olmayan, lakin səs-vokal imkanlarına sahib tələbə gəncləri aşkarlamaq və onlara müsabiqə vasitəsi ilə dəstək olmaqdır.

 

Qeyd olunduğu kimi, müsabiqəyə yalnız – tədrisində musiqi ixtisası olmayan ali məktəblərin tələbələri qatıla bilər.

 

Həmçinin qeyd edək ki, aşağıda qeyd olunan ixtisaslar üzrə peşəkar, fərdi təhsil almış tələbələrin də müsabiqədə iştirakı qadağandır:

 

  1. Vokal ifaçılığı
  2. Estrada sənəti
  3. Xanəndə

Müsabiqənin son qeydiyyat günü yanvarın 25-dir.

 

Qeydiyyat: https://goo.gl/Cn8RvT