Fevralın 28-də Azərbaycan Milli Konservatoriyası (AMK) və İran İslam Respublikasının İncəsənət Universiteti (İİRİU) arasında “Təhsil, tədqiqat və texnoloji əməkdaşlıq” üzrə anlaşma memorandumu imzalanıb.

 

Görüşdə AMK-nın rektoru, professor Siyavuş Kərimi, Azərbaycandakı İran mədəniyyət mərkəzinin sədri Əli pur Mərcan, İİRİU-in rektoru, professor Mohammad Reza Hosnaee, Musiqi İnistitutunun direktoru Həmid Əsgəri və hər iki ali məktəbin “Beynəlxalq əlaqələr” şöbəsinin müdürləri Behnud Bərmayevər və Cahangir Səlimxanov iştirk ediblər.

 

Tərəflər çıxış edərək anlaşmanın ali məktəblər arasındakı əməkdaşlığı daha da gücləndirəcəyini, xüsusilə hər iki ölkənin təhsil və mədəniyyət sahəsindəki münasibətlərinə töhvə verəcəyini bildiriblər.

 

Daha sonra tərəflər arasında anlaşma memorandumu imzalanıb.