Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbirdə Azərbaycan Milli Konservatoriyasının rektoru, Xalq artisti Siyavuş Kəriminin müəllifi olduğu “Ulu Öndər” adlı mahnın təqdimatı olub.

 

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə iyulun 12-də baş tutan tədbirdə “Ulu Öndər” sənədli filminin və eyniadlı mahnının təqdimatı keçirilib.

 

Tədbirin məqsədi Azərbaycanda dövlət gənclər siyasətinin banisi olan Heydər Əliyevin ölkə gənclərinə göstərdiyi xüsusi diqqət və qayğını bir daha nümayiş etdirmək olub.

 

Qeyd oludnuğu kimi “Ulu Öndər” adlı mahnının musiqisi AMK-nın rektoru, Xalq artisti, Siyavuş Kərimiyə, sözləri Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əməkdar mədəniyyət işçisi, professor Rafiq Yusifoğluya məxsusdur.

 

Mahnını AMK-nın “Milli vokal” kafedrasının müəllimi Emin Zeynallı və tələbələr ifa ediblər.

 

  • Aysel İbrahimova (IV kurs, estrada)
  • Tural Məsimov (I kurs, magistr, milli vokal)
  • Nihad Orucov (III kurs, milli vokal)
  • Cəlal İsayev (III kurs, milli vokal)

Tədbirdə həmçinin AMK-nın dosenti , Təranə Yusifovanın rəhbərliyi ilə Konservatoriyanın Tələbə xoru da iştirak edib.

 

Filmin ssenari müəllifi və rejissoru Əməkdar incəsənət xadimi, professor Rafiq Quliyev, redaktoru İradə Sultanova, prodüseri Üzlüfət Qasımovadır.