Noyabrın 30-da Azərbaycan Milli Konservatoriyasında (AMK) Xalq artisti Hacı Xanməmmədovun anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalq çalğı alətləri ifaçılarının I respublika müsabiqəsi”nə yekun vurulub.

 

Müsabiqənin bədii rəhbəri, AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi tədbirin açılış nitqini söyləyib. Rektor gənc tələbələri müsabiqədəki iştirakları münasibətilə təbrik edib, onlara yaradıcılıq həyatında uğurlar arzulayıb.

 

Müsabiqə çərçivəsində noyabrın 26-dan 30-dək, 60-a yaxın gənc ifaçılar dinlənilib. Müsabiqənin münsiflər heyətində görkəmli tarzən, Xalq artisti Ramiz Quliyevin sədrliyi ilə Azərbaycanın tanınmış ifaçıları yer alıb.

 

Final konsertində müsabiqənin qalibləri mükafatlandırılıb. Qalibləri müsabiqənin münsiflər heyəti təltif edib.

 

Sonda qaliblərin iştirakı ilə qala-konsert keçirilib. Qalibləri AMK-nın Xalq çalğı alətləri orkestri müşaiət edib.