Azərbaycan Milli Konservatoriyasında Respublikanın Əməkdar artisti, Gülüstan Əliyevanın solo konserti keçirildi. Konsert ilk olaraq AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kəriminin giriş sözü ilə başladı. Sonra söz musiqiyə verildi. G.Əliyevanın ifasında Xaric Segah, bir sıra xalq və bəstəkar mahnıları ifa olundu. Bu sırada C.Cahangirovun “Gözəlim”, “Süsən qızlar” , A.Bəbirovun “Bənövşə”, T.Bakıxanovun “Azərbaycan gölləri” mahnıları, eləcə də Humayun təsnifi ifa olundu. Gülüstan Əliyevanı Əməkdar artist Ələkbər Ələkbərov (tar), Xəyyam Məmmədov (kamança), Əməkdar artist Çinarə Heydərova (qanun), Naibə Şahməmmədova (piano), Pərviz Əlikramov (balaban), Qalib Həşimov (bas tar), Bəylər Ağayev (ud) və Ramin Abdullayev (nağara) müşayət edirdi.