Azərbaycan Milli Konservatoriyasının müəllimlərinin Filarmoniyada keçirilən Gülağa Məmmədovun 90 illik yubileyində çıxışı

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında görkəmli müğənni Gülağa Məmmədovun 90 illiyinə həsr olunmuş yubiley gecəsi keçirildi. AMK-nın bir sıra müəllimləri də həmin yubiley gecəsində çıxış ediblər. Qeyd edək ki, tədbirə giriş sözü Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirinin müavini Ədalət Vəliyev söylədi. O, G.Məmmədovun musiqi ifaçılığında olan xidmətlərindən söz açdı. Sonra söz musiqiyə verildi. […]

Ətraflı >>

Zabit Nəbizadənin solo konserti

Azərbaycan Milli Konservatoriyasında Respublikanın Xalq artisti Zabit Nəbizadənin solo konserti keçirildi. Konsertdə “Zabul-segah” dəstgahı, xalq mahnıları, təsniflər, o cümlədən Fikrət Əmirovun “Kor ərəbin mahnısı”, aşıq havası “Döymə Kərəmi”, Dilkeş təsnifi ifa olundu. Z.Nəbizadəni xalq çalğı alətləri ansamblı müşayət edirdi. Belə ki, tarda Ələsgər Məmmədov, kamançada Xəyyam Məmmdov, balabanda Abuzər Güləliyev və Nizami Allahverdiyev, qanunda Humay […]

Ətraflı >>

AMK-nın tələbələri “Heydər Əliyev və Azərbaycan tarixi” II ümumrespublika bilir yarışında iştirak ediblər.

Azərbaycan Milli Konservatoriyasının tələbələri Heydər Əliyev Mərkəzində ali təhsil müəssisələri arasında keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” II ümumrespublika bilir yarışında iştirak ediblər. Azərbaycan Milli Konservatoriyasının komandası 46 ali məktəb arasında 16-cı yeri qazanıb. Qeyd edək ki, Heydər Əliyev Mərkəzinin təşkilatçılığı və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Heydər Əliyev və Azərbaycan tarixi” bilik yarışında […]

Ətraflı >>

Elmi seminar

Azərbaycan Milli Konservatoriyasının “Milli musiqinin tarixi və nəzəriyyəsi” kafedrasının müdiri, professor Fəttah Xalıqzadənin elmi seminarı keçrildi. “Müasir musiqişünaslığın problemləri” adlı seminarda musiqiyə dair müxtəlif mövzular müzakirə olundu.

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Vüqar Əliyevin solo konserti keçirildi.

AMK-da Konservatoriyanın müəllimi, Opera və Balet Teatrının solisti Vüqar Əliyevin solo konserti keçirildi. Konsertdə “Mahur -Hindi” dəstgahı, Bayatı-şiraz təsnifi, “Bəh-bəh” xalq mahnısı, eləcə də “Ürəklərdə qalaydım” (musiqisi Nəriman Məmmədov, sözləri Etibar Babayev) mahnısı ifa olundu. V.Əliyevi xalq çalğı alətləri ansamblı müşayət edirdi. Belə ki, tarda Rəşad İbrahimov, kamançada Təbriz Yusubov, balabanda Baxış Binyətov, qanunda Gülşən […]

Ətraflı >>