Azərbaycan Milli Konservatoriyasında Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasında elmi müzakirə keçirildi.

Azərbaycan Milli Konservatoriyasında Konservatoriyanın “Milli musiqi alətlərinin təkmilləşdirilməsi” elmi tədqiqat laboratoriyasında milli musiqi alətimiz olan tarın təkmilləşdirilməsi ilə bağlı elmi müzakirə keçirildi. Laboratoriyanın müdiri Məmmədəli Məmmədov üzərində çalışdığı yeni tarın standart ölçülərinin təqdim edərək toplaşanlara ətraflı məlumat verdi.

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasnın tələbələri Dövlət Teatr Muzeyində

Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. AMK-nın tələbələri də həmin tədbirdə fəal iştirak edib. “Söz nəbzidir, aynasıdır zəmanənin” mövzusunda baş tutan tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığından söhbət açılaraq şairin şeirləri söylənilib. Bundan əlavə B.Vahabzadənin sözlərinə bəstələnmiş bir sıra mahnılar səsləndirilib. AMK-nın tələbələrinin ifasında səslənən […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Respublikanın Xalq artisti, AMK-nın dosenti Aygün Bayramovanın solo konserti keçirildi.

Azərbaycan Milli Konservatoriyasında Respublikanın Xalq artisti, AMK-nın dosenti Aygün Bayramovanın solo konserti keçirildi. Konsertdə bir sıra xalq və bəstəkar mahnıları ifa olundu. A.Bayramovanı Əməkdar artistlər Elçin Həşimov (tar), Elnur Əhmədov (kamança), Kamran Kərimov (nağara), eləcə də Coğun Sadıxov (balaban), Sənan Əliyev (bas tar), Bayraməli Əliyev (bas kamança), Aytac Vəzirova (qanun) və Qalib Həşimov (ud) müşayət […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Norveçdən olan musiqiçilər çıxış etdi.

Azərbaycan Milli Konservatoriyasında mühüm bir tədbir baş tutdu.Konsertdə Norveçdən olan musiqiçilər çıxış etdi. Tədbirin keçirilməsində ən vacib amil iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsidir. Öncəliklə Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Sonra isə Norveçin Azərbaycandakı səfiri Burd İvar Sventsen çıxış etdi. Daha sonra söz musiqiyə verildi. […]

Ətraflı >>

Azərbaycan Milli Konservatoriyasında Tələbə Xalq çalğı alətləri orkestrlərinin konserti keçirildi.

Azərbaycan Milli Konservatoriyasında Tələbə Xalq çalğı alətləri orkestrlərinin konserti keçirildi. Burada iki orkestr ifasını təqdim etdi: “Buta” xalq çalğı alətləri orkestri və “İldırım” xalq çalğı alətləri orkestri. Dirijor simasında Fəxrəddin Atayev və Arif Məhərrəmov çıxış edirdi. Konsertin proqramı da xüsusi maraq doğururdu. Belə ki, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Fikrət Əmirov, Süleyman Ələsgərov və s. bəstəkarların […]

Ətraflı >>