“Populyar musiqi və caz ifaçılığı” kaferdasının yekun konserti oldu

29 yanvar Azərbaycan Milli Konservatoriyasının böyük zalında “Populyar musiqi və caz ifaçılığı” kaferdasının yekun konserti oldu. İmtahan sessiyasında son dərəcə fəal iştirak edən tələbələri indi konsert hesabatı ilə tamaşaçı qarşısında görmək çox xoş oldu. Qeyd etməliyik ki, konsertdə Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi , idarə heyəti, müəllim və tələbələr, müxtəlif təhsil və […]

Ətraflı >>

Dünya Azərbaycanlılarının Həmrəylik günü

Azərbaycan Milli Konservatoriyasının rektoru, xalq artisti Siyavuş Kərimi, ustad müəllimləri və bütün yaradıcı istedadlı tələbələri mədəniyyətimizə və incəsənətimizə yüksək səviyyədə layiqincə xidmət etməkdədir. Azərbaycan musiqisinin inkşafında böyük qatqısı olan bu təhsil ocağı adından Dünya Azərbaycanlılarının Həmrəylik günü və üzümüzə gələn 2024 cü yeni il münasibəti ilə sizləri itəbrik edirik.

Ətraflı >>

Hüseyn Nağıyev “Heydər Əliyev adına təqaüd”ə layiq görülüb.

Azərbaycan Milli Konservatoriyasının – “ İnstrumental ifaçılıq” fakültəsi (kamança ixtisası) III kurs tələbəsi Hüseyn Nağıyev “Heydər Əliyev adına təqaüd” ə layiq görülüb. Hüseyn Nağıyevin Azərbaycan Milli Konservatoriyasında dərs aldığı müəllimlər – Xalq artisti, dosent Elşən Mansurov, əməkdar müəllim, dosent Afət Kazımovadır.Sevimli tələbəmizi təbrik edirik.

Ətraflı >>