AMK-nın giriş hissəsində “Müstəqillik uğrunda” adlı sərgi açılıb

Yanvarın 17-də Azərbaycan Milli Konservatoriyasında (AMK) 20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümü ilə əlaqədar AMK nəznində İncəsənət Gimnaziyasının “Təsviri və tətbiqi sənət” şöbəsinin şagirdlərinin əsərlərindən ibarət “Müstəqillik uğrunda” adlı sərgi açılıb.   Sərgidə şagirdlərin 20-dən çox yağlı boya və qarışıq texnika janrlarında çəkdikləri hadisə ilə bağlı təsvirlər, xalqın azadlıq mübarizəsini əks etdirən rəsmlər nümayiş lunub. […]

Ətraflı >>

Görkəmli bəstəkar Oqtay Kazıminin 85 illiyi geniş konsert proqramı ilə qeyd olunub

Dekabrın 25-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Oqtay Kazıminin 85 illiyinə həsr edilmiş tədbir keçirilib.   Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, bəstəkarın ailə üzvləri, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.   Tədbirdə AMK-nın “Tələbə xoru”nun və digər tələbələrin ifasında sənətkarın əsərləri səsləndirilib, bəstəkarlıq fəaliyyətini əks […]

Ətraflı >>

“Bülbül 120” musiqi festivalının qalibləri mükafatlandırılıb

Dekabrın 23-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, tanınmış ictimai xadim, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illik yubileyinə həsr olunmuş musiqi festivalı qaliblərinin mükafatlandırılması mərasimi və qala konsert keçirilib.   Festival Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bülbülün 120 illik yubileyinin keçirilməsi haqqında” […]

Ətraflı >>

AMK-nın tələbəsinin solo konserti keçirilib

Dekabrın 22-də Azərbaycan Milli Konservatoriyasında (AMK) konservatoriyanın I kurs magistr (Xalq çalğı alətləri – tar) tələbəsi İsmayıl Zülfüqarovun “Aura” adlı solo konserti keçirilib.   Konsertdə AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.   İfaçının, müəllimi Şəhriyar İmanovla birgə səsləndirdiyi ilk çıxışla konsertə start verilib.   Konsertdə muğam, caz və estrada janrlarında əsərlər […]

Ətraflı >>

“Ümumi fortepiano” kafedrasının konserti keçirilib

Azərbaycan Milli Konservatoriyasında (AMK) növbəti “Musiqi saatı” baş tutub.   Belə ki, dekabrın 21-də AMK-nın Bakı zalında “Ümumi fortepiano” kafedrasının konserti keçirilib.   Konsertdə “Musiqi sənəti” fakultəsinin Solo oxuma, Milli vokal, Estrada sənəti və Xalq çalğı alətləri ixtisası üzrə təhsil alan tələbələrin çıxışları dinlənilib. Tələbələr,  xarici və Azərbaycan bəstəkarlarının fortepiano üçün yazılmış əsərlərini, işləmələrini səsləndiriblər. […]

Ətraflı >>