Dekabrın 18-də Azərbaycan Milli Konservatoriyasında (AMK) Azərbaycan professional vokal məktəbinin banisi, görkəmli müğənni, SSRİ xalq artisti, SSRİ Dövlət mükafatı laureatı Bülbülün (Murtuza Məşədi Rza oğlu Məmmədovun) anadan olmasının 120 illiyinə həsr edilmiş “Bülbül 120” Musiqi Festivalı işə başlayıb.

 

Festival AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin giriş sözü ilə açıq elan edilib. Rektor Siyavuş Kərimi festival iştirakçılarını təbrik edib və onlara iki gün davam edəcək müsabiqədə uğurlar arzulayıb.

 

Daha sonra AMK-nın Heydər Əliyev Muzeyi, Kitabxana və Giriş hissə də daxil olmaqla 3 əsas məkanda müsabiqəyə start verilib. İki saat davam edən müsabiqədə 100-ə yaxın iştirakçı dinlənilib.

 

Qeyd edək ki, sabah müsabiqənin ikinci günü keçiriləcək.