Azərbaycan ali və orta ixtisas təhsili müəssisələrinə əcnəbi vətəndaşların qəbulu və ölkəmizdə təhsil alan əcnəbi tələbələrin məlumatlarının toplanması aidiyyəti elektron resurslar (portal.edu.azatis.edu.az) vasitəsilə aparılmaqdadır. Bu səbəbdən, Azərbaycan Milli Konservatoriyasında təhsil almaq üçün müraciət edən əcnəbi vətəndaş öncə portal.edu.az saytında qeydiyyatdan keçməlidir.

Azərbaycan Milli Konservatoriyasında təhsil almaq üçün müraciət edən əcnəbilər xüsusi qabiliyyət səviyyələri təhsil müəssisəmizin müəllimləri tərəfindən yoxlanılıb, tədris standartlarımıza uyğun olduğu təsdiqləndikdən sonra 1 illik Hazırlıq kursuna qəbul olmaq üçün aşağıdakı sənədləri təqdim etməlidilər:

 

  1. Müqavilə (Əcnəbi tələbənin universitet ilə bağlayacağı müqavilə forması azərbaycan və ingilis dilində, aşağıda əlavə olunmuşdur)
  2. Əvvəlki təhsil pilləsində (səviyyəsində) keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən və müvafiq qaydada leqallaşdırılmış ( və ya apostil olunmuş) təhsil haqqında sənədin (sənədlərin) və onun Azərbaycan dilinə tərcüməsinin notariat qaydada təstiq edilmiş surəti (surətləri).
  3. Sağlamlıq, o cümlədən QİÇS, Hepatit B və C viruslarının daşıyıçısı olmaması haqqında arayış.
  4. Etibarlı sərhəd keçmə sənədi – Təhsil vizası.
  5. Fəxri təltiflər sertifikatlar, diplomlar, SD-lər, DVD-lər və digər bu kimi sənədlərin surətləri (mövcud olduğu halda)

Əgər əcnəbinin müvafiq təhsil səviyyəsi üzrə ixtisas hazırlığı və tədris dilini bilmə səviyyəsi (Azərbaycan dili) bakalavr pilləsində təhsil almaq üçün Azərbaycan Milli Konservatoriyasının müəyyən etdiyi tələblərə uyğun gələrsə o zaman ekstern yolla, imtahan verərək hazırlıq kursunu keçmədən bakalavr pilləsinə qəbul edilir.

 

Əgər əcənəbi  tələbə Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Naxçıvan Dövlət Konservatoriyasını  müvafiq ixtisas uyğun hazırlıq kursunu bitirdiyi ilə bağlı şəhadətnamə təqdim edərsə, o bakalavr pilləsinin I kursuna qəbul edilir.

 

Əcnəbi vətəndaşlar Azərbaycan Milli Konservatoriyasında bir il hazırlıq kursu keçdikdən sonra imtahan verərək Azərbaycan Milli Konservatoriyasına qəbul olunur.

 

Azərbaycan Respublikası ərazisində daimi yaşama icazəsi olan, ikili vətəndaşlar digər əcnəbi tələbələr kimi ali təhsil müəssisəsinə birbaşa qəbul ola bilməz.

 

Azərbaycan Milli Konservatoriyasında təhsil almaq istəyən vətəndaş ölkəyə təhsil vizası ilə daxil olmalıdır. Ölkəyə daxil olduğu on gün ərzində əcnəbi vətəndaş yaşadığı dəqiq ünvanla bağlı Dövlət Miqrasiya idarəsinə məlumat verməlidir. Müvəqqəti yaşama icazəsi almaq üçün Dövlət Miqrasiya qanunvericiliyində nəzərdə tutulan sənədləri vaxtında qanuni nümayəndəyə təhvil verməlidir.  Hər hansı bir səbəbdən ali məktəbdən xaric olan əcnəbi tələbə haqqında məlumat üç iş günü ərzində Dövlət Miqrasiya xidməti və Təhsil Nazirliyinə məlumat verilir. Həmin şəxsin daimi yaşama icazəsi ləğv edilir.

 

Müqavilə forması – Əcnəbi tələbə müqaviləsi (AZ_EN)

 

Doktorantura pilləsi üzrə təhsil almaq istəyən əcnəbilər aşağıdakı sənədləri təqdim etməlidirlər:

 

  1. Kadrların şəxsi qeydiyyat vərəqi
  2. Tərcümeyi-hal
  3. İş yerindən xasiyyətnamə
  4. Əmək kitabçasından çıxarış
  5. Çap olunmuş elmi işlərin siyahısı
  6. Keçdiyi fənlər və həmin fənlərdən aldıqları qiymətləri göstərən təhsil haqqında diplomun (diplomların) notarius tərəfindən təsdiq olunmuş surəti (surətləri); (Azərbaycan dilində)
  7. Şəxsiyyət vəsiqəsinin surəti
  8. 2 ədəd şəkil (3×4)
  9. Seçilmiş mövzuya uyğun avtoreferat (12 səhifə)

 

Qeyd: Tələbə 3 fəndən imtahan verməlidir:

 

  1. İxtisası üzrə
  2. Fəlsəfə
  3. İngilis dili

Doktorantura pilləsinə qəbul olduğu halda tələbə, 3 il təhsil alır.