Mayın 25-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Bakı zalında növbəti ‘Musiqi saatı’ keçirilib.

Tələbələr ənənəyə uyğun olaraq növbəti dəfə AMK-nın professor-müəllim heyəti qarşısında çıxış ediblər. Konsertdə AMK-nın tələbələri tərəfindən yardılan ansambl, Azərbaycanın milli muğamlarını və xalq mahnılarını səsləndiriblər.

Konsertdə çıxış ediblər:

  • Orxan Hüseynov (Xanəndə)
  • Zəfər Əhmədov (Tar)
  • Müşfiq Lətifov (Kamança)
  • Aytac Vəzirova (Qanun)
  • Vüsal Bayramov (Nağara)
  • Teymur Cəbrayılov (Böyük nağara)
  • Cavid Rüstəmov (Bas tar)
  • Bayram Üzeyirov (Ud)

Konsertin sonunda çıxış edən AMK-nın rektoru, xalq artisti Siyavuş Kərimi təqdim olunan proqramı bəyəndiyini bildirib. Daha sonra ‘Musiqi saatı’nı dəyələndirməyin vacibliyini diqqətə çatdıran rektor özü royal arxasına keçib və xalq artisti Azər Zeynalov, əməkdar artistlər Elçin Haşımov, Elnur Əhmədovla birgə bir neçə musiqi səsləndiriblər.

Qeyd edək ki, ‘Musiqi saatı’ hər bazar ertəsi və cümə axşamı günləri keçirilir və çıxış etmək istəyən AMK-nın istənilən üzvü (professor, müəllim, tələbə, və s.) ona ayrılmış vaxtda istədiyi yaradıcılıq nümunəsini sərgiləyə bilir.