Mayın 30-da Azərbaycan Milli Konservatoriyasının Bakı zalında, konservatoriyanın 2-ci kurs tələbəsi (Musiqi sənəti – bəstəkarlıq, magistr) Sevinc Balabəyovanın müəllif konserti keçirilib.

 

Konsert “Musiqi saatı” layihəsi çərçivəsində baş tutub.

 

Konsertdə Sevinc Balabəyovanın müəllifi olduğu 7 əsər (2 romans, 4 prelüdiya və 1 sonata) təqdim olunub. İfaçı qismində, Ümidə Abasova (skripka), Fəqan Həsənli (fortepiano), Nərmin İskəndərova (fortepiano), Tofiq Şıxıyev (fortepiano) və Əməkdar artist Rəna Əliyeva konsertdə iştirak ediblər.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək bəstəkarı və ümumilikdə yaradıcı heyəti təbrik edib.