Cəfər Cabbarlı adına Azərbaycan Dövlət Teatr Muzeyində Xalq Şairi Bəxtiyar Vahabzadənin 90 illik yubileyinə həsr edilmiş tədbir keçirilmişdir. AMK-nın tələbələri də həmin tədbirdə fəal iştirak edib. “Söz nəbzidir, aynasıdır zəmanənin” mövzusunda baş tutan tədbirdə Bəxtiyar Vahabzadənin yaradıcılığından söhbət açılaraq şairin şeirləri söylənilib. Bundan əlavə B.Vahabzadənin sözlərinə bəstələnmiş bir sıra mahnılar səsləndirilib. AMK-nın tələbələrinin ifasında səslənən musiqi nümunələri böyük maraqla qarşılanıb.