Yaxın günlərdə AMK-nın “İntrumental muğam” kafedrasının müdiri, Əməkdar artist Malik Mansurov və Əməkdar artist Elşən Mansurov Parisdə keçirilən “İpək və Alov” musiqi festivalında iştirak ediblər. “Theatre des Champs Elysees” konsert salonunda baş tutan festivalda “Lamuğö” orkestri çıxış edib. Dirijor Əyyub Quliyevin təfsirində bir sıra əsərlər ifa olunub. O cümlədən M.Mansurov və E.Mansurovun ifasında Hacı Xanməmmədovun kamança üçün yazdığı konsertin II və III hissələri səsləndirilib.