AMK-nın “Xalq çalğı alətləri” kafedrasının müəlliməsi, qanun ifaçısı Natəvan Həsənova ABŞ-da keçirilən “American Protege International Concerto Competition 2015” beynəlxalq müsabiqəsində birinci yerə layiq görülüb. Müsabiqə Nyu-York şəhərindəki “Carnegie Hall”da keçirilib.
Bir çox ölkələrdən musiqiçilərin iştirak etdiyi müsabiqədə Natəvan Həsənova ən yüksək performansa görə də mükafatlandırılıb. Qalib olaraq N.Həsənovaya “Best Perfomance Award” diplomu təqdim edilib.
Qeyd edək ki, Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında qanun müəlliməsi və Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının xalq çalğı alətləri ansamblının solistidir.