AMK-nın məzunları Rövşən Əsgərzadə və Roozbeh Parandeh “Transatlantik Film ve Film musiqisi festivali”nda “Honourable Mention Award” diplomu ile mükafatlandırıldı. Qeyd edək ki, bu festival film musiqisi üzre dünyada ilk onluğa daxil olan mötəbər festivallardan biridir. 2000-ildən etibarən başlayan festival artıq 5-ci dəfədir keçirilir. Festivalin yaradıcısı ve direktoru “Finding Neverland” filmine yazdiği musiqiyə görə Oscar mükafatına layiq görülmüş, “Bafta” və “Golden Globe” mükafatları üzre nominasiya olmuş bəstəkar Jan A.P. Kaczmarekdir.
Film Musiqisi müsabiqəsinin münsiflər heyətinə dünya şöhrətli sənətçilər -John Debney (Oscar nominasiyali,Hollywood film bestekari), Jan A.P. Kaczmarek (Oscar sahibi,Hollywood bestekari), Andrzej Maleszka (Emmy mukafatli kinorejissor), Dorota Kędzierzawska (kinorejissor) və Michael P. Aust.(Menecer ve produsser) daxil edilmişdir.
Bu ilki müsabiqədə 2 qısa filmə- “Destiny” animasiya ve “Cityicland” bədii filminə 20 gün ərzində musiqi yazmaq tələb olunurdu. Müxtəlif ölkələrdən 200-dən çox bəstəkarın iştirak etdiyi müsabiqədə cəmi 10 finalist Polşaya rəsmi dəvət almışdı. Müsabiqə 12-16 avqustda Polşanın Poznan şəhərində keçirilmişdir. Azərbaycan Milli Konservatoriyasının məzunlar- Rövşən Əsgərzadə və Roozbeh Parandeh müsabiqəyə komanda şəklində qatılmışdı. Hər iki bəstəkar “Honourable Mention Award” diplomu ile mükafatlandırılmışdır.