Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının mədəniyyət xadimlərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar artist”

Əhmədov İlkin Qəmbər oğlu

Ələkbərov Ələkbər Kərim oğlu

Əsədullayev Toğrul Mirnazim oğlu

Kərimov Kamran Seyran oğlu

Vəliyeva Bəyimxanım Ənvər qızı

“Əməkdar müəllim”

Quliyev Dəyanət Hacıqulu oğlu

“Əməkdar Mədəniyyət İşçisi”

Qasımzadə Sevil Qasım qızı