Ankaranın Gazi Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasından gələn heyət Azərbaycan Milli Konservatoriyasında Ustad Dərsləri keçmişdir. Tədbir Milli Konservatoriyanın “Bakı” zalında keçirildi. “Makamdan Saza” adlı ustad dərslərdə dörd müəllim iştirak etdi. Gazi Universitati Türk Musiqisi Dövlət Konservatoriyasının müdiri, professor, doktor Gülçin Yahya Kaçar-Türk Musiqisində Muğam mövzusunda geniş danışdıqdan sonra müəllim Əmrə Ərdoğan- Türk Musiqisində Muğamın tətbiqindən bəhs etdi. Daha sonra dosent doktor Səhər Tetik Işık – Çalqıların Mənşəyindən, Müəllim Emir Deyirmenci isə – Çalqının Əmələ Gəlməsindən danışdılar.