Azərbaycan Milli Konservatoriyasında Ulu Öndər Heydər Əliyevin anım günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Millət vəkilləri, mədəniyyət xadimləri iştirak edirdi. İlk olaraq giriş sözü AMK-nın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi söylədi. O, çıxış edərək Heydər Əliyevin Azərbaycan mədəniyyətininin inkişafında olan xidmətlərindən söz açdı. Sonra millət vəkili, Ağsaqqallar şurasının sərdi Fəttah Heydərov Ulu öndərlə bağlı xatirələrini bölüşdü. Daha sonra millət vəkili, yazıçı, publisist Elmira Axundova çıxış edərək H.Əliyevin xalqımızın inkişafından olan xidmətlərinin nə qədər böyük olduğu qeyd edib daima mədəniyyət xadimlərinə olan diqqətindən söz adı. Ardınca Heydər Əliyevə həsr olunan film nümayiş olundu. Qeyd edək ki, musiqisi bəstəkar Vasif Allahverdiyevə, ssenari müəllifi və rejissorluğu yazıçı, publisist Nazim Əkbərova məxsus filmdə Həydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif mərhələləri əks olunmuşdu.