Azərbaycan Milli Konservatoriyasında mühüm bir tədbir baş tutdu.Konsertdə Norveçdən olan musiqiçilər çıxış etdi. Tədbirin keçirilməsində ən vacib amil iki ölkə arasında mədəni əlaqələrin daha da genişlənməsidir. Öncəliklə Konservatoriyanın rektoru, xalq artisti, professor Siyavuş Kərimi çıxış edərək tədbirin əhəmiyyətindən söz açdı. Sonra isə Norveçin Azərbaycandakı səfiri Burd İvar Sventsen çıxış etdi. Daha sonra söz musiqiyə verildi. Tanınmış musiqiçi Elin Kaaven bir sıra mahnılar ifa etdi. Bu sırada “Tree dance”, “Ulda allures”, “Lynxie”, “Gothla”, “Heart light” “Demure” “Enya” və s. ifa etdiyi nümunələr hər kəs tərəfindən böyük rəğbətlə qarşılandı. Elin Kaaveni gitarada Viktor Bomstad müşayət edirdi. Tədbirin sonunda səsələnən kompozisiya daha böyük marağa səbəb oldu. Burada Konservatoriyanın müəllim və tələbələri ilə Norveçli musiqiçi qonaqlar bir səhnəni paylaşdılar. Belə ki, Şəhriyar İmanov (tar), Mirələm Mirələmov (vokal), Zülfüqar ismayılov (tar), Kamran Kərimov (nağara), eləcə də Elin Kaaven və Viktor Bomstad birgə ifa edərək orjinal sintez təqdim etdilər.