İyulun 1-də Azərbaycan Milli Konservatoriyasının (AMK) həyətində, açıq səma altında “Məzun günü” qeyd olunub.

 

Tədbiri rektor, Xalq artisti Siyavuş Kərimi açaraq əlamətdar gün münasibətilə məzunları və valideynləri universitetin professor-müəllim heyəti adından təbrik edib, onlara yeni nailiyyətlər arzulayıb. Ölkəmizdə dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışan rektor AMK-nın tədris binasında tələbələr üçün yaradılmış şəraitdən söhbət açıb. O, məzunları gələcək peşə fəaliyyətlərində dürüst olmağa və ölkəmizin tərəqqisinə töhfə verməyə çağırıb.

 

Daha sonra AMK-nın Tədris işləri üzrə prorektoru, Əməkdar incəsənət xadimi Malik Quilyev çıxış edərək tələbələri təbrik edib, onlara uğurlar arzulayıb.

 

Tədbirdə həmçinin tələbələrin də çıxışları yer alıb.