Sentyabrın 15-də Azərbaycan Milli Konservatoriyasında  (AMK) yeni, 2017/2018-ci tədris ilinin başlanması münasibəti ilə ‘Bilik günü’-nə həsr olunmuş açılış mərasimi keçirilib.

 

Açıq səma altında baş tutan tədbirdə AMK-nın rektoru, professor Siyavuş Kərimi, Xalq artisti Arif Babayev, həmçinin konservatoriyanın profossor və müəllim heyəti, tələbələr iştirak ediblər.

 

Tədbirdə çıxış edən rektor, professor  S,Kərimi ilk öncə müəllim və tələbələri ‘Bilik günü’ münasibəti ilə təbrik edib. Xüsusilə yeni tələbə adını qazanmış istedadlı gəncləri Konservatoriyada görməkdən məmnun olduğunu diqqətə çatdıran rektor, qarşıdakı tələbəlik illərində onlara uğurlar arzulayıb.

 

Tədbirdə həmçinin Xalq artisti Arif Babayev, Tədris işləri üzrə prorektor, professor Malik Quliyev, Elmi işlər üzrə prorektor, professor Lalə Hüseynova çıxış ediblər.

 

Tədbir, AMK-ya qəbul  olmuş I kurs tələbələrinə ‘Tələbə Biletləri’-nin təqdim olunması ilə başa çatıb.