Bu gün Azərbaycan Milli Konservatoriyası və Azərbaycan Milli Konservatoriyasının tərkibində İncəsənət Gimnaziyasının tələbə və şagirdlərinin birgə konserti keçirildi. Konsertdə hər iki təhsil ocağının tələbə və şagirdləri zəngin musiqi proqramı təqdim etdilər. Fəxrəddin Atayevin dirijorluğu ilə Milli Konservatoriyanın xalq çalğı alətləri orkestri çıxış edirdi. Belə ki, F.Əmirov, E.Nəzirova “Ərəb mövzuları əsasında fortepiano və orkestr üçün konsert” (I hissə), M.Maqomayev “Melodiya”, S.Ələsgərov “Poema”, R.Hacıyev “Azərbaycan”, S.Rüstəmov “Oxu tar”, F.Şücəddinov “Vətən balladası”, S.İbrahimova “Əbədi yurdum”, R.Əfəndiyev “Qaytağı” əsərləri səsləndi. Eyni zamanda F.Şopenin Polonez A-dur( əsər 40, N10) əsəri də böyük maraqla qarşılandı. Əsərlər Tofiq Məmmədov, Fidan Mirheydərzadə, Fərqanə Sadığova, Urfan Cəfərov, Aytac Vəzirovanın ifasında səsləndirildi.