Azərbaycan Milli Konservatoriyası Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə konservatoriya daxilində ‘Tələbə Klubları’nın yaradılmasına start verilib.

 

2017-2018 tədris ilindən etibarən Konservatoriyada 7 inkişafyönümlü tələbə klubları fəaliyyət göstərəcək.

 

Tələbə klubların yaradılmasında məqsəd, ali məktəb həyatını daha da əyləncəli hala gətirmək və tələbələrin ortaq maraq dairəsində, klubların sahələrinə uyğun olaraq geniş layihələr həyata keçirməkdir.

 

Klublar, tələbələrdə hobbi işlərinə imkan yaratmaqla bərabər, maraq dairəsində olan hər hansı bir peşədə təcrübənin qazanılmasına da şəarait yaradır.

 

İstər sosial həyatda, istərsə də iş həyatında tələbə klublarının rolu olduqca əhəmiyyətlidir. Tələbə klublarının ən böyük üstünlüyü yeni dostlar qazanmaq və fərdi inkişaf bacarıqlarını daha da genişləndirməkdir.

 

Tələbələr istərlərsə sadəcə kluba üzv ola bilər və ya klubun idarə heyətində yer ala bilərlər.

 

Odur ki, AMK-nın Tələbə Gənclər Təşkilatı klublar üzrə ‘Rəhbər Tələbə’ vakansiyası elan edir.

 

Qeydiyyat üçün: Daxil ol