Azərbaycan Milli Konservatoriyasında Əməkdar artist Fərqanə Qasımovanın “Nəva Dəstgahı” adı solo konserti keçirildi. Konsertdə ilk olaraq giriş sözü Konsevatoriyanın rektoru, Xalq artisti, professor Siyavuş Kərimi söylədi. O, “Nəva” dəstgahından, eləcə də muğamla bağlı tədbirlərin davamlı olaraq keçirilməsinin əhəmiyyətindən söz açdı. Ardınca Xalq artisti Alim Qasımov “Nəva” dəstgahı haqqında fikirlərini bölüşdü. Sonra isə söz musiqiyə verildi. F.Qasımovanı Şamil İsmayılov (soğur), Zəki Vəliyev (tar), Rauf İslamov (kamança), Bəhruz Zeynalov (ud), Davood Gaffarizade (ney), Behrang Padir (tonbak daf), Cavidan Nəbiyev (nağara) və Vüqar Şərifzadənin(nağara) iştirakı ilə ansambl müşayət edirdi.