Dekabrın 27-də Azərbaycan Milli Konservatoriyasında (AMK) opera müğənnisi, Əməkdar artist, konservatoriyanın müəllimi Zenfira İsmayılovanın “Arzu” adlı solo konserti keçirilib.

 

Tədbirdə rektor, Xalq artisti Siyavuş Kərimi, AMK-nın professor-müəllim heyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Rektor S.Kərimi konsert proqramını şəxsən özü təqdim edərək tədbirin aparıcılığını edib.

 

Tədbirdə Əməkdar artist Z.İsmayılova geniş konsert proqramı ilə çıxış edib. Repertuarda Azərbaycanın məşhur xalq və bəstəkar mahnıları, həmçinin dünya musiqisindən nümunələr yer alıb.

 

Z.İsmayılovanı, konservatoriyanın dosenti Naibə Şahməmmədova, müəllimlər Nigar Hüseynzadə, Rəşad İbrahimov və Təbriz Usubov müşaiət ediblər.

 

Qeyd edək ki, bu, uzun illər Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti olmuş Z.İsmayılovanın ilk solo konsertidir.