Azərbaycan Milli Konservatoriyası “Xanəndə” kafedrasının müdiri, görkəmli muğam ifaçısı, Azərbaycanın xalq artisti, professor Arif Babayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə “Şərəf” ordeninə layiq görülüb.

 

Sərəncam:

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraqqərara alıram:

 

Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Arif İmran oğlu Babayev “Şərəf” ordeni ilə təltif edilsin.

 

İlham Əliyev

 

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 19 fevral 2018-ci il.