Yanvarın 2-də Azərbaycan Milli Konservatoriyası (AMK) və Marxal Resort & Spa kompleksinin birgə təşkilatçılığı ilə “Ana yurdum” adlı Yeni il tədbiri keçiriləcək.

 

Tədbir Şəki şəhəri Kiş kəndində, Marxal Resort & Spa kompleksi – Nuxa restoranın konsert zalında baş tutacaq.

 

Tədbirdə AMK-nın Tələbə xoru konsert proqramı ilə çıxış edəcək. Xorun repertuarında Azərbaycanın məşhur xalq və bəstəkar mahnıları, həmçinin dünya musiqisindən tanınmış əsərlər yer alacaq.

 

Konsertin keçirilməsində məqsəd, müasir Azərbaycan dinləyicisini xor musiqi mədəniyyəti ilə yaxından tanış etmək və vaxtlarını daha səmərəli keçirə biləcəyi yeni il konserti təqdim etməkdir.

 

Tədbir saat 19:00-da başlayacaq, giriş sərbəstdir.