Mayın 29-da Azərbaycan Milli Konservatoriyasında Beynəlxalq və Respublika Müsabiqələri laureatı, konservatoriyanın II kurs tələbəsi (Tar) İbrahim Babayevin ifa etdiyi “Azərbaycan” adlı əsəsrin təqdimatı keçirilib.

 

Təqdim olunan klip Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub.

 

AMK-nın Bakı zalında baş tutan tədbirdə rektor, Xalq artisti Siyavuş Kərimi, dəvət olunmuş qonaqlar və tələbələr iştriak ediblər.

 

İfaçı İbrahim Babayev çıxış edərək,  klipin ərsəyə gəlməsi və ümumilikdə işin hazırlıq prosesindən danışıb.

 

Tədbirdə rektor, Xalq artisti Siyavuş Kərimi çıxış edərək yaradıcı heyəti təbrik edib, onlara uğurlar arzulayıb.

 

Qeyd edək ki, “Azərbaycan” əsərinin müəllifi Lalə Cəfərova, klipin rejissoru isə Məzahir Haşımovdur.