Mayın 7-də Azərbaycan Milli Konservatoriyasında (AMK) “Ümumi fortepiano ” kafedrasının dosenti, Naibə Şahməmmədovanın “Ah, bu uzun sevda yolu” adlı sinif konserti keçirilib.

 

Konsertdə AMK-nın rektoru, Xalq artisi Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyyəti, tələbələr və dəvət olunmuş qonaqlar iştirak ediblər.

 

Naibə Şahməmmədova, tələbələrilə birgə görkəmli Azərbaycan və dünya bəstəkarlarının əsərlərini, xalq musiqiləri və rəqslərini  ifa ediblər.

 

Tədbirin sonunda rektor, Xalq artisti Siyavuş Kərimi çıxış edərək konsert iştirakçılarını təbrik edib, onlara uğurlar arzulayıb. Naibə Şahməmmədova ilə birgə konservatoriyada aparılan işlərin uzun illərə dayandığını qeyd edən rektor, onun ali məktəbin ən sadiq müəllimlərindən biri olduğunu diqqətə çatdırıb.

 

Rektorun çıxışının ardından tədbir başa çatıb.