Möhtərəm cənab Prezident!

Azərbaycan Milli Konservatoriyasının müəllim və tələbə heyəti adından Sizi ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirik.
Sizin rəhbərliyiniz altında inamla irəliləyən Azərbaycanın vüsətli inkişafında zəngin mədəni irsimizin, o cümlədən qədim musiqi sənətimizin daim prioritet istiqamətlərdən biri olması bizləri daim sevindirir və qürurlandırır. Bunun nəticəsidir ki, milli musiqimizin, ulu muğam sənətimizin sorağı dünyanın ən nüfuzlu məkanlarından, festival və simpoziumlarındam gəlir. Bu sənətin gələcəyini təmin etmək, onu yeni nəsillərə layiqli şəkildə ötürmək üçün Sizin göstərişləriniz əsasında mühüm layihələr gerçəkləşir, ən yüksək səviyyələrdə Beynəlxalq tədbirlər keçirilir, müasir dünya standartlarına uyğun təhsil ocaqları inşa edilib istifadəyə verilir.
Biz, Azərbaycan Milli Konservatoriyasının professor-müəllim heyəti Sizin və xanımınız, Azərbaycan incəsənətinin, musiqisinin böyük təəssübkeşi və hamisi Mehriban xanım Əliyevanın yeni binamızın aşılış mərasimində iştirakını daim böyük fəxarət və məmnunluq hissi ilə xatırlayırıq. İndi bu möhtəşəm və bənzərsiz məkan nəinki bizlərin sevimli doğma ocağına, həmçinin musiqisevər insanların həvəslə təştif buyurduğu müqəddəs bir sənət məbədinə çevrilmişdir. Bütün bunlar bizə yeni ruh verir və gələcək qarşısında məsuliyyətimizi daha da artırır.
Əziz və hörmətli Prezidintimiz! Sizi, qarşıdan gələn gözəl bayramlar – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibətilə də ürəkdən təbrik edir, gərgin və son dərəcə məsul işinizdə böyük uğurlar diləyirik.