Azərbaycan Milli Konservatoriyasında (AMK) 2019-2020-ci tədris ilinin başlanması münasibəti ilə tədbir keçirilib.

 

Tədbirdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, konservatoriyanın professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi çıxış edərək, müəllim və tələbə heyətini təbrik edib, hər kəsə uğurlar arzulayıb.

 

Tədbirdə həmçinin, AMK-nın Elmi işlər üzrə prorektoru, professor Lalə Hüseynova çıxış edib.