Mayın 3-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında nəfəs çalğı alətlərinin görkəmli ifaçısı, virtuoz-navator ifaçı Ələkbər Əsgərovun 85 illik yubiley gecəsi keçirilib.

 

Tədbir AMK-nın rektoru, Xalq artisti Siyavuş Kəriminin çıxışı ilə başlayıb. Rektor qonaqları salamlayıb, Ələkbər Əsgərov haqqında xatirələrini bölüşüb.

 

Qeyd edilib ki, yüksək səhnə mədəniyyətinə malik Ələkbər Əsgərov peşəkar musiqiçi olub. Sənətkar, usta ifaçılıq bacarığı ilə Azərbaycan milli musiqisinə öz töhvələrini verib.

 

Tədbir boyu Ələkbər Əsgərovun ifalarından ibarət videoçarx nümayiş olunub, ifaçının sənət dostları sənətkar haqqında xatirələrini bölüşüblər.

 

Tədbirdə dəvət olunmuş qonaqlar və sənətkarın yaxınları iştirak ediblər. AMK-nın müəllimi, sənətkarın qızı Mahirə Quliyeva tədbirin bədii rəhbəri və aparıcısı olub. Mahirə Quliyeva atası barədə xatirələrini bölüşüb, ona ünvanladığı şeir və ifaları (fortepiano) səsləndirib.