Mayın 7-də Azərbaycan Milli Konservatoriyasının (AMK) Böyük zalında “Əhsən” xalq çalğı alətləri ansamblının konserti keçirilib.

 

Konsertdə AMK-nın rektoru, Xalq artisti Siyavuş Kərimi, dəvət olunmuş qonaqlar və konservatoriyanın müəlllim-tələbə heyəti iştirak edib.

 

Konsertdə çıxış edən rektor Siyavuş Kərimi ansamblın bədii rəhbəri, Xalq artisti Şəfiqə Məmmədovanı və bütün yaradıcı heyəti təşkil olunan konsert münasibətilə təbrik edib. Rektor, müəllimi, görkəmli tarzən, Əməkdar artist Əhsən Dadaşov haqqında danışıb, onunla bağlı xatirələrini bölüşüb.

 

Daha sonra konsert proqramı təqdim olunub. Ansamblın ifasında Azərbaycannın bəstəkar və xalq mahnıları səsləndirilib.

 

Konsertdə Mehri Arifqızı, Sərxan Bünyadzadə, Gülnar Tağıyeva, Nüşabə Kərimli və Rəşad Həsənzadə solo ifalar səsləndiriblər. Onları “Əhsən” xalq çalğı alətləri ansamblı və konsertmeyster Elşən Tahirov müşaiət edib.